Baş səhifə / İdman / “Qarabağ” doğma meydanda xal itirib

“Qarabağ” doğma meydanda xal itirib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib.

Hazırkı çempion “Qarabağ” debütant “Sabah” komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki qol fasilə ərəfəsində vurulub. 44-cü dəqiqədə Elgün Nəbiyev “Qarabağ” müdafiəçilərinin səhvindən sonra qapıçı Şahrudin Məhəmmədəliyevlə təkbətək çıxaraq, hesabı açıb. 45+1-ci dəqiqədə isə Yakub Jezniçak künc zərbəsindən sonra bərabərlik qoluna imza atıb.

İkinci hissədə “Qarabağ” ardıcıl hücumlar etsə də, qələbə topunu vura bilməyib.

Bu heç-heçədən sonra xallarını 24-ə çatdıran “Qarabağ” 2-ci, 17 xala malik “Sabah” isə 4-cü pillədə qalıb.

Turun açılış oyununda “Qəbələ” səfərdə “Keşlə”yə qalib gəlib – 2:1. Tura noyabrın 25-də “Səbail” – “Neftçi” və “Zirə” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.

İstinad

Buna da bax...

“Qarabağ” Ukrayna çempionuna yenə uduzdu

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” sonuncu yoxlama oyununu keçirib. Ağdam klubu Ukrayna çempionu “Şaxtyor”la qarşılaşıb. …