Baş səhifə / Cəmiyyət / Səs batmasının 4 səbəbi – Hansı vərdişlər təhlükə yaradır?

Səs batmasının 4 səbəbi – Hansı vərdişlər təhlükə yaradır?

Səs bir çox canlıların ünsiyyət vasitəsidir. İnsanlar danışıq vasitəsilə bir-birləri ilə ünsiyyət yaradırlar. Bəzən bir sıra kəskin respirator xəstəliklər zamanı səs itirilməsi halını müşahidə etmək olar. Bir çoxlarının əhəmiyyətsiz hesab etdikləri bu vəziyyət əslində, bir sıra ciddi təhlükələrdən xəbər verir.

Sizə hansı hallarda səsinizi itirə biləcəyinizi açıqlayırıq:

Səs tellərinin diaqnostikası və müalicəsi ilə məşğul olan mütəxəssislər bildirirlər ki, səsi hələ uşaq yaşlarından qorumaq lazımdır. Foniatrlar bildirirlər ki, səs itirilməsi zamanı həyəcanlanmağa əsas verən 4 əlamət var.

1. Lor orqanlarının infeksion xəstəlikləri – laringit, traxeid, faringit, sinusit kimi xəstəliklər səs itirilməsinin ən əsas səbəblərində biridir. Orqanizmə düşən bakteriyalar və viruslar badamcıqlara nüfuz edərək onların şişməsinə, həcminin böyüməsinə səbəb olur ki, bu da səs aparatının işinə çətinlik yaradır. Bu zaman nəinki səsin ahənginin dəyişməsi, hətta onun tamamilə itirilməsi də mümkündür. Belə olduqda özünü müalicə ilə məşğul olmaq yox, dərhal həkimə müraciət etmək lazımdır. İş bundadır ki, LOR orqanlarının bəzi xəstəlikləri o qədər təhlükəli ola bilər ki, hətta insan həyatını itirər. Laringit zamanı iltihab qırtlağı kəskin stenozuna səbəb ola bilər ki, nəticədə də hipoksiya (boğulma) yarana və xəstə həyatını itirə bilər. Bu xəstəlik zamanı bir sıra qarqaralardan, inqalyasiyalardan istifadə etmək vəziyyəti nisbətən yüngülləşdirəcək. Ən başlıcası isə bir necə gün “danışmaq pəhrizi” saxlamaq məsləhətdir.

2. Spirtli içki qəbulu – Əgər səs telləri xəstə olan insan spirtli içki qəbul edirsə, o zaman bu səsin itirilməsi üçün səbəb ola bilər. Alkoqol içkilər damarların genişlənməsinə və selikli qişada şişkinliyin yaranmasına səbəb olur. Nəticədə də səs telləri şişir və səs əmələ gəlmə prosesinə mane olur. Alkoqol qəbul edən insan səhər yuxudan oyandıqda səsinin tutulduğunu hətta, pıçıltı ilə də olsa belə danışa bilmədiyinə şahid ola bilər.

3. Tütün istifadəsi – Alkoqol qədər tütün istifadəsi də səs aparatının işinə mane olur. Tütün tüstüsü nəfəs yollarının selikli qişasının iltihabına səbəb olur və yandırır. Müasir dövrdə çox dəbdə olan elektron siqaretlər də sağlamlıq üçün çox təhlükəli hesab edilir.

4. Daxili sekresiya vəzilərinin funksiya pozğunluğu – Qırtlağın funksiyası daxili və xarici sekresiya vəziləri ilə sıx əlaqəlidir. Bu orqanın işi qalxanabənzər vəzin hormonlarından aslıdır. Bir sıra endokrin xəstəliklər əsasən də hipotireoz maddələr mübadiləsini zəiflədir, hüceyrə və toxumalarda gedən biokimyəvi prosesləri ləngidir. Bu xəstəliyin əsas səbəblərindən biri orqanizmdə olan yod çatışmazlığıdır. Bir çox qalxanabənzər vəzi xəstələri məhz səslərini itirəcəklərindən çəkinərək əməliyyatdan imtina edirlər.

Əgər siz səsinizin tonunda azalma və ahəngində bir dəyişiklik hissi edisinizsə, udqunmaqda çətinlik çəkir, boğulma hiss edirsinizsə, o zaman təxirəsalmadan həkimə müraciət edin. Çünki vaxtında edilən tibbi müdaxilə sisin səsinizdən ömürlük məhrum olmanızın qarşısını alacaq.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …