Baş səhifə / Cəmiyyət / Talış kəndi 2019-cu ildə də Ermənistan ordusunun nəzarətində qalacaq?-Foto

Talış kəndi 2019-cu ildə də Ermənistan ordusunun nəzarətində qalacaq?-Foto

Ermənilər Tərtər rayonunun təmas xəttində yerləşən bu kəndində arın-arxayın bərpa-tikinti işləri aparır…

2019-cu ildə Talış kəndinin bütün infrastrukturlarındakı tikinti-bərpa işləri başa çatacaqdır.

Moderator.az yazır ki, bu barədə separatçı erməni nəşrlərinin müxbirlərinə açıqlamasında qondarma separatçı-terrorçu rejimin “şəhərsalma naziri” hesab olunan Karen Şahramanyan ad-soyadlı məxluq məlumat verib. Söhbət Aprel döyüşlərinin ən qaynar nöqtələrindən biri olmuş, uğrunda onlarla igid oğlumuzun canını fəda etdiyi Tərtər rayonunun işğal altındakı Talış kəndindən gedir. Separatçı məmurun sözlərinə görə, dağıdılmış yaşayış binalarının təmiri başa çatdırılıb.
“Daha 8 yeni evin tikintisinə başlanılıb. Beləliklə, tezliklə Talışda bir yeni məktəb, bir uşaq bağçası, bir icma mərkəzi, bir şadlıq evi və bir ictimai təyinatlı bina olacaq” – K. Şahramanyan belə deyib.
Xatırladaq ki, 2016-cı ilin Aprel savaşı zamanı Azərbaycan ordusunun uğurlu əməliyyatı nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklərdən bir neçəsi azad edilsə də, kəndə tam nəzarət əldə olunmayıb. Döyüş əməliyyatları bitdikdən az sonra ermənilər Talış kəndinin bərpasına başlayıblar…

P.S. Görəsən, hələ 2019-cu ildə də biz işğal altındakı digər torpaqlarımızla bərabər Talış kəndini də işğalçı Ermənistan ordusundan azad edə bilməyəcəyik ki, ermənilər təmas xəttindəki bu məntəqədə belə arın-arxayın bərpa-tikinti işləri aparır?..

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …