Baş səhifə / Cəmiyyət / Ermənistanın KTMT Baş katibliyinə namizədi sərsəmlədi: “Naxçıvanda Türkiyənin hərbi bazaları var”

Ermənistanın KTMT Baş katibliyinə namizədi sərsəmlədi: “Naxçıvanda Türkiyənin hərbi bazaları var”

“Ötən illər ərzində Naxçıvanda tam əlahiddə ordu yaradılıb. Orada zabitlər üçün istirahət zonaları adı altında Türkiyə hərbi bazaları mövcuddur”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə cəfəng iddianı “2018-Cənubi Qafqaz üçün sıçrayış ili” mövzusunda beynəlxalq dəyirmi masa müzakirəsi zamanı Ermənistan müdafiə nazirinin sabiq müavini, KTMT Baş katibi vəzifəsinə namizəd olan Vağarşak Harutyunyan səsləndirib.

Onun sözlərinə görə, Naxçıvan Türkiyə üçün Böyük Turanın tərkib hissəsi olaraq geosiyasi əhəmiyyətə malikdir.

“Bu, bu gün və ya dünən yaranan ideologiya deyil. Qarabağda və ya sərhəd zonasında gərginlik yaranan kimi, Naxçıvan istiqamətində fəallaşmanın baş qaldırması təsadüfi deyil. Bu illər ərzində Naxçıvana “Smerç” sistemləri yerləşdirilib və tezliklə “Polonez”ləri də yerləşdirəcəklər. Hər hansı bir hərbi əməliyyatlar zamanı İrəvan sıradan çıxarılmalıdır deyə hərbi siyasi tapşırıq artıq formalaşdırılıb”, – deyə o bildirib.

Harutyunyan, Ermənistanın regionu böyük təhlükələrə ata biləcək hərbi əməliyyatlar planlaşdırdığını da etiraf edib: “Bilirik ki, Azərbaycanın bütün iqtisadi potensialı Bakıda, Sumqayıtda və Gəncədə cəmləşib. Bunlar olmasa, Azərbaycan da olmayacaq. Naxçıvan isə İrəvana təhdiddir. Hazırda potensial təhlükə olmasa da, Naxçıvan ləng hərəkətdə olan minadır. Müvafiq şərait olmadığına görə hələki potensial təhdid yoxdur. Ancaq Ermənistan əks tədbirlər görməsə, müvafiq şərait olan kimi bu ləng hərəkətdə olan mina partlayacaq”.

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …