Baş səhifə / Cəmiyyət / Şahnazaryan Paşinyanı faş etdi: “Hakimiyyət ordunu öz hədəfinə çevirib”

Şahnazaryan Paşinyanı faş etdi: “Hakimiyyət ordunu öz hədəfinə çevirib”

“İlk gündən etibarən Paşinyan tərəfindən orduya hücumlar başladılıb”.

Ordu.az xəbər verir ki, bu barədə sabiq iqtidar partiyası Respublikaçıların seçki siyahısından namizədliyi irəli sürülən Davit Şahnazaryan keçirdiyi mətbuat konfransı zamanı bildirib.

Onun sözlərinə görə, Ermənistan ordusu barədə məhz Respublikaçılar partiyası danışa bilər.

“Orduya qarşı ilk günlərdən hücumlar edilir. Hakimiyyət ordunu öz hədəfinə çevirib. Ön xətdən generalları çağırıb Xüsusi İstintaq Xidmətində saatlarla gözlədirlərsə, bu addım orduya qarşı yönəlmiş hesab olunur. Onun məqsədi ordunu, bu gün polisin olduğu vəziyyətə salmaqdır. Bu təcrübəsizlikdən yox, məqsəddən irəli gəlir. Ordu o qədər incə bir orqanizmdir ki, onunla necə davranmalı olduğunu başa düşməlisən. Bu bixəbərlər isə bunu başa düşməzlər. Ordunun zəiflədilməsi birbaşa Baş nazirin təlimatı ilə həyata keçirilir”, – deyə Şahnazaryan qeyd edib.

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …