Baş səhifə / Cəmiyyət / “O hüceyrələrlə 26 günə böyrək düzəldə bilərəm…” -Səksən yaşı tamam olan professor…

“O hüceyrələrlə 26 günə böyrək düzəldə bilərəm…” -Səksən yaşı tamam olan professor…

Bu güb Tibb Universitetinin dosenti, tanınmış ictimai xadim Rəşid Mahmudovun doğum günüdür. Səksən yaşı tamam olan Rəşid müəllim 1938-ci il noyabrın 28-də Gədəbəyin Kəsəmən kəndində anadan olub.

Belə bir gündə biz də Moderator.az saytı olaraq saytımızda tez-tez maraqlı açıqlamaları ilə oxucuların diqqətini çəkən Rəşid müəllimi təbrik etdik.

R.Mahmudov səksən yaşında üç böyük arzusunun olduğunu bildirdi:

“Diqqətiniz üçün çox təşəkkür edirəm. Səksən yaşımda üç böyük arzum var. Birincisi odur ki, Azərbaycanda su yodlaşdırılsın və əminəm ki, 40-50 ildən sonra ən böyük kəşflər bizdə olacaq. İkinci arzum ölkəmizə geni dəyişdirilmiş qidaların gətirilməməsidir. Prezidentimiz bununla bağlı tapşırıq versə də, yenə də gizli yolla bunu edənlər var. Üçüncü arzum isə kök hüceyrələrinin bankı yaradılsın. O hüceyrələrlə 26 günə böyrək düzəldə bilərəm. Bu hüceyrəni uşaq doğulanda cifdən götürürlər və onu maye azotda saxlayırlar, dövlət zəmanət verir və insanın hansı bədən üzvü xəstələnibsə, onu hazırlayıb insan bədəninə köçürmək mümkün olur. Bu arzularımın həyata keçməsini çox istəyirəm, amma bilmirəm ömür vəfa edəcəkmi”.

Vasif Əlihüseyn

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …