Baş səhifə / Cəmiyyət / “Müəllimlərin maaşı 500 manata çatıb” – Nazir

“Müəllimlərin maaşı 500 manata çatıb” – Nazir

“142 mindən artıq müəllim diaqnostik qiymətləndirmədən keçib, onların həftəlik dərs yükü 1.5 dəfə, vəzifə maaşı 2 dəfə artıb. Onların orta aylıq əməkhaqqı 500 manata çatıb ki, bu da ölkə üzrə orta aylıq əmək haqqına yaxındır”.

Bu sözləri təhsil naziri Ceyhun Bayramov Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

“Son 5 ildə 18 136 müəllim işə qəbul olunub. Cari il üçün Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan 140 ölkə arasında 69-cu yerdə qərarlaşıb. Təhsilin kəmiyyət və keyfiyyət parametrlərinə əsaslanan bacarıqlar indeksi üzrə ölkəmiz ümumilikdə 54-cü yerə, tədrisdə tənqidi düşüncə üzrə 27-ci yerə yüksəlib. Ötən illər ərzində müəllimlik üzrə müraciət edənlərin sayında 3 dəfəyə yaxın artım qeydə alınıb. Son 5 ildə 18 136 müəllim işə qəbul olunub. 142 mindən çox müəllimin diaqnostik qiymətləndirilməsi başa çatıb. Onların həftəlik dərs yükü 1,5 dəfə, maaşı isə 2 dəfə artırılıb. Son 5 ildə ölkədə 500-dən çox, 2003-2018-ci illərdə isə 3500-dək məktəb binası tikilib” deyə nazir qeyd edib.

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …