Baş səhifə / Dünya / Nazarbayev: “15 yaşıma kimi doyunca yediyimi xatırlamıram”

Nazarbayev: “15 yaşıma kimi doyunca yediyimi xatırlamıram”

Qazaxıstan prezidenti Nursultan Nazarbayev keçdiyi çətin ömür yolundan danışıb.

Oxu.az News.21.by saytına istinadən xəbər verir ki, prezident “Vətəndaş forumu”nda çıxışında gəncliyi barədə maraqlı məlumatlar verib.

Dövlət başçısı ilk dəfə poladəridən kimi işə başlamasından danışıb:

“Domna sobasının qarşısında işləmək asan deyildi, qarşıda sobanın 1500 dərəcə istisi olurdu, arxanda 40 dərəcə şaxta. Cavanlar zəhmətə hazır olmalıdırlar. Özümüz özümüzə kömək etməliyik, başqa heç kim.

Mən kənd uşağıyam. Müharibədən sonra tamamilə yoxsulluq içərisində yaşamışam, geyim çatışmırdı. 15 yaşına kimi doyunca yemək yediyimi xatırlamıram. Zəhmət mənim həyatımı xilas etdi.

Ola bilsin ki, elə buna görə də sağlam olursan. Bu gün Qazaxıstanda gənclər üçün hər şərait yaradılıb. Təkcə pul lazımdır. Pul qazanmaq üçünsə işləmək. Doğrusu bu deyilmi?”

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …