Baş səhifə / Cəmiyyət / Hadı Rəcəbli yenə dilinin bəlasına düşdü: “143 manata bir ay normal yaşamaq olar”

Hadı Rəcəbli yenə dilinin bəlasına düşdü: “143 manata bir ay normal yaşamaq olar”

Milli Məclisin dünənki iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

Qanun layihələri haqqında deputatlara parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

H.Rəcəbli bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir: “Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.

Spiker Oqtay Əsədov isə bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib: “Hörmətli Samir müəllim, ehtiyac meyarına gələn il baxmaq lazımdır. Həm də “Yaşayış Minimumu haqqında qanuna” da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn il artıq baxmaq lazımdır”.

İstinad

Buna da bax...

Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun …