Baş səhifə / Dünya / Saakaşvili: “Mən nəyin bahasına olursa olsun Gürcüstana qayıtmalıyam”

Saakaşvili: “Mən nəyin bahasına olursa olsun Gürcüstana qayıtmalıyam”

“Mübarizəyə başlamaqla yanaşı əlbəttə, mən Gürcüstana qayıtmağı planlaşdırıram” – bildirib Gürcüstanın keçmiş prezidenti noyabrın 28 –də, seçkilərin nəticələrini qeyri-leqitim olaraq elan etdikdən sonra.

“Mən nəyin bahasına olursa olsun Gürcüstana qayıtmağı planlaşdırıram. Mənə görə həyatım dəyərli deyil, amma planlaşdırıram ki, heç kim zorakılıqla iş görsün” – bildirib Saakaşvili.

Bu bəyanatı verənə qədər o, seçkilərin nəticələrini qeyri-leqitim hesab edib və onu dəstəkləyənləri bu seçkinin nəticələrinin leqitimliyini qəbul etməməyə və etiraz aksiyaları ilə vaxtından əvvəl parlament seçkiləri tələb etməyə çağırıb.

“Biz kütləvi tabe olmamaq hərəkatına keçirik. Sabahkı gündən biz sülh yolu ilə İvanişvilinin hakimiyyətinin başa çatması üçün mübarizəyə başlayırıq”- bildirib Mixeil Saakaşvili “Rustavi 2” və “İmedi”-nin ekzitpol nəticələrini elan etməsindən sonra. Bu nəticələrə əsasən seçkilərin ikinci turunda Salome Zurabişvili qalib gəlib.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …