Baş səhifə / Cəmiyyət / Azərbaycanlı deputatlar Yerevanda məsciddə – FOTO

Azərbaycanlı deputatlar Yerevanda məsciddə – FOTO

Milli Məclisin deputatları Azərbaycanın tarixi memarlıq abidəsi olan Yerevandakı Göy Məsciddə olublar.

Bu barədə millət vəkili Əflatun Amaşov sosial şəbəkələrdə məlumat paylaşıb.

“Azərbaycanın memarlıq abidələrindən sayılan Göy Məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın göstərişi ilə tikilib. Uzun onilliklər boyu yerli azərbaycanlıların ibadət etdikləri səkkiz məsciddən biri olub.

Zaman ötdükcə başına çox bəlalar gəlib: 24 metrlik dörd minarəsinin üçü sökülüb, müxtəlif illərdə planetariyaya, məktəbə çevrilib, iki dəfə yandırılıb. Və nəhayət, İran tərəfindən bərpa edilib, hazırda İranın Ermənistandakı mədəniyyət mərkəzlərindən biri hesab edilir”, – deyə millət vəkili qeyd edib.

Əflatun Amaşov Göy Məsciddən fotolar da paylaşıb.

Qeyd edək ki, millət vəkilləri Eldar Quliyev və Əflatun Amaşov Ermənistana Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin iclasında iştirak etmək üçün gediblər.

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …