Baş səhifə / Dünya / Ərdoğan Putinə kömək təklif etdi

Ərdoğan Putinə kömək təklif etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı Kerç boğazındakı insidentin həlli ilə bağlı Ankaranın vasitəçilik imkanlarını müzakirə edib.

Dünən Ərdoğan bu mövzu ilə bağlı Rusiya, Ukrayna və ABŞ prezidentləri ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.

“Putinlə telefon danışığı zamanı məsələyə müxtəlif tərəflərdən, o cümlədən bizim bu problemin həllində vasitəçilik imkanlarımıza baxdıq. Biz yaranmış vəziyyətdə fəaliyyət variantlarını müzakirə etmişik”, – Ərdoğan G20 sammitində iştirak etmək üçün Argentinaya uçmazdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu məsələnin müzakirəsini G20 sammiti çərçivəsində Putin və Trampla davam etdirəcək.

Xatırladaq ki, noyabrın 25-də Ukrayna hərbi gəmilərinin Kerç boğazına yaxınlaşması Rusiyanın sərt reaksiyasına səbəb olub. Rusiya FTX Ukrayna hərbçilərini ölkənin ərazi sularına daxil olmaqda ittiham edib.

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Don” sərhədçi gəmisi Kerç boğazında Ukrayna gəmisinə çırpılıb. Bəzi məlumatlarda bildirilirdi ki, Rusiya hərbçiləri Ukrayna gəmilərinə atəş açıblar.

Ukrayna tərəfi bəyan edib ki, Rusiya üç gəmini ələ keçirib və bu addımı təcavüz aktı kimi qiymətləndirib.

İstinad

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …