Baş səhifə / Cəmiyyət / Qənirə Paşayevanın əziyyət çəkdiyi xəstəlik açıqlandı

Qənirə Paşayevanın əziyyət çəkdiyi xəstəlik açıqlandı

Millət vəkili Qənirə Paşayeva “kapral tunel sindromu”ndan əziyyət çəkirmiş.

Bu haqda deputatın bacısı Kəmalə Paşayeva öz “Facebook” statusunda yazıb.

O qeyd edib ki, məhz bu səbəbdən xanım millət vəkili Türkiyənin Memorial Şişli Xəstəxanasında əməliyyat keçirmək məcburiyyətində qalıb.

O, statusunda bunları yazıb:

“Çox dəyərli dostlar, hər birinizə Qənirə xanımın əməliyyat olunmağı ilə bağlı keçirdirdiyiniz narahatlıqdan və göstərdiyiniz böyük diqqətdən dolayı ailəm və öz adımdan dərin minnətdarlığımı bildirirəm.

Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon və mesajlar qəbul etdim. Bir çoxuna məlum vəziyyətdən cavab verə bilmədimsə, üzr istəyirəm.

Sizin narahatlığınız və diqqətinizi böyük sevgi əlaməti olaraq dəyərləndiririk.

Məlumat üçün bildirirəm ki, Qənirə xanım qollarında meydana gələn “karpal tunel” narahatlığı səbəbi ilə bağlı əməliyyat olunub.

Hazırda hər şey yaxşıdır, özünü yaxşı hiss edir. Memorial Şişli Xəstəxanasının dəyərli həkim kollektivinə və sizlərə bir daha təşəkkür edirik”.

Qeyd edək ki, “karpal tulnel” bilək nahiyəsində sinirlərin sıxışması səbəbi ilə meydana çıxan əlamətlərdir.

Bu zaman ələ və əl barmaqlarına gələn sinirlər sıxıldığına görə əl barmaqlarında hissiyyat və hərəkət məhdudlaşır. Əl barmaqlarının hərəkət etdirən median siniri, doqquz şaxəsi ilə birlikdə karpal boşluğundan keçir.

Bu sinirin vəzifəsi baş barmaq, işarət barmaq və orta barmağın hərəkət və fəaliyyətini bərpa etməkdən ibarətdir. Bu sinir sayəsində həmin barmaqların hissetmə qabiliyyəti olur və barmaqlar istənilən hərəkəti edə bilir.

Amma bu sinir karpal boşluqdan keçdiyi zaman sıxıldıqda sinirlərin hissi və hərəkəti fəaliyyətində patologiyalar meydana çıxır.

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …