Baş səhifə / Flaş / “Doqquz yaşlı qıza aşiq olan” müəllimdən direktora cavab – YENİLƏNİB + VİDEO

“Doqquz yaşlı qıza aşiq olan” müəllimdən direktora cavab – YENİLƏNİB + VİDEO

Əgər Rövşən belə şey edibsə, bəs sən onda niyə doqquz yaşlı qızını mənim yanıma göndərirdin?

Bu sözləri Azxeber.com-a açıqlamasında 220 nömrəli məktəbin işdən çıxarılan müəllimi Rövşən Əzizov deyib.

O direktor Tural Mirzəliyevin onun haqqında səsləndirdiyi “doqquz yaşlı qıza aşiq olub” iddiasına münasibət bildirib:

“Bunlar hamısı şərdir, böhtandır. Belə şey olmayıb. Mən yenə də deyirəm ki, əgər belə şey varsa, sən niyə qızını o müəllimin yanına göndərirdin? Onun qızı mənim çəkdiyim videolarda var, “YouTube”da da, saytlarda da bu haqda məlumat yayımlanıb. Hansı kişi doqquz yaşlı qızını “pedofil” dediyi adamın yanına gətirər?”

Rövşən Əzizov Tural Mirzəliyevi yalan danışmaqda ittiham edib:

“Nəyə görə bu adam bu günə qədər danışmırdı? Əgər əlində fakt var idisə, onda niyə susurdun? Mənim dünənki videomüraciətimdən sonra danışmaq qərarına gəlib, ancaq danışdıqları yalandır, şərdir. Üzünə zərbə dəyən adam necə oldu ki, belə tez ayağa qalxdı, sağaldı? Bu suallara cavab tapmaq lazımdır”.

***

Bir müddət öncə qalmaqallı şəkildə Bakı şəhəri, Nizami rayonunda yerləşən 220 nömrəli orta məktəbdən uzaqlaşdırılan müəllim Rövşən Əzizovla bağlı qəribə fakt açıqlanıb.

Musavat.com-un canlı yayımında məktəbin sabiq direktoru Tural Mirzəliyev (hazırda 175 nömrəli məktəbin direktorudur) sözügedən müəllimin doqquz yaşlı şagirdə vurulduğu üçün məktəbdən uzaqlaşdırıldığını söyləyib.

Direktor sözügedən müəllimin bir müddət öncə sosial şəbəkədə yazdığı statusu oxuyub:

“Rövşən Əzizov barədə araşdırmalara başladım və məlum oldu ki, bu adam ingilis dilini yaxşı bilir. Amma daha çox xalqların dostluğundan danışır. Axı bu adam xalqların dostluğundan danışmağa görə yox, ingilis dilini tədris etməyə görə maaş alırdı. Qızımı da onun məşğələsinə göndərirdim. Amma araşdırmadan sonra dayandırdım və gizli araşdırmaya başladım”.

Qeyd edək ki, T.Mirzəliyevin adı aktyor-rejissor Rza Rzayevlə qalmaqalda hallanır.

Buna da bax...

Bu ölkədə bakirəlik əməliyyatı qadağan olunacaq – MARAQLI

Hollandiya hökuməti tərəfindən edilən açıqlamada estetik cərrah mütəxəssislərinə bakirəlik əməliyyatı etmələrinə son vermək üçün 1 …