Baş səhifə / Cəmiyyət / Viskinin satış qiymətində yeni dünya rekordu qeydə alındı – Şüşəsi 1,5 milyon dollara…

Viskinin satış qiymətində yeni dünya rekordu qeydə alındı – Şüşəsi 1,5 milyon dollara…

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, bir şüşə Macallan şotland viskisi London hərrac evi Christes-də 1,5 milyon dollara satılıb.

Bu, dünyada ən bahalı viski satışıdır. Rekord satış haqqında 29 noyabrda satışın təşkilatçıları xəbər verib.

Britaniya hərrac evinin Twitter səhifəsində göstərilir ki, hərraca 60 illik Macallan viskisi qoyulub. Ümumiyyətlə isə, 1926-cı ilin içkisi olan viski irlandiyalı rəssam Maykl Dillon tərəfindən işlənmiş nadir şüşədə 1,2 milyon funt sterlinqə satılıb, bu da1,529 milyon dollara bərabərdir. Bununla da viskinin satış qiymətində dünya rekordu müəyyən edilib.

Hərrac evinin məlumatına görə içki şüşələrə 1948-cı ildə doldurulub. Şüşə üzərində Maklannların 1700-cü ildə tikilmiş evi təsvir olunub.

2007-ci ildə bu brendin 60 illik viskisi hərracda cəmi 75 min dollara satılmışdı. Hərrac evinin direktoru Tim Trimptri qeyd edib ki, qiymətin bu cür qalxması viski bazarının möhkəm olmasından xəbər verir.

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …