Baş səhifə / Cəmiyyət / Qarabağ qazilərinə ev verildi

Qarabağ qazilərinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beyləqan rayonunda inşa etdirilmiş fərdi yaşayış evləri Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilib.

Nazirlikdən verilən xəbərə görə, cari ildə 600-ə yaxın mənzilin qeyd olunan kateqoriyalara aid insanlara təqdim olunması planlaşdırılıb. Bu istiqamətdə ardıcıl işlər aparılmaqla yeni inşa olunmuş mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunur. Beyləqan rayonunda da bu proses uğurla davam etdirilir.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və onların ailə üzvləri ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar.

 

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …