Baş səhifə / Cəmiyyət / Millimiz Ermənistana uduzub dördüncü yeri tutdu

Millimiz Ermənistana uduzub dördüncü yeri tutdu

İranın Urmiya şəhərində gənc güləşçilər arasında “Martyrs Cup” turnirinə yekun vurulub.

Sərbəst güləşçilərin ardınca yunan-Roma güləşçilərinin də komanda yarışı başa çatıb.

Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında çıxış edən Zaur Əliyev (-55 kq), Həsən Məmmədli, Əsgər Əlizadə (hər ikisi -60 kq), Zaur Nuriyev (-63 kq), Ruslan Hədisov (-67 kq), Niyaz Ərzumanov (-72 kq), Cavid Miralayev (-77 kq), Aslan Məmmədov (-82 kq), Nəzərşah Fətullayev (-87 kq), Rüfət Məmmədov (-97 kq) və Sərxan Məmmədovdan (-130 kq) ibarət heyət qrupda İranın bir komandasını 9:1, Gürcüstanı isə 10:0 hesabı ilə məğlub edib.

Təşkilatçıların digər komandası ilə görüşdə isə yığmamız uduzub – 4:6. Qrupdakı son görüşdə Ruslan Hədisovun qabırğasından zədələnməsi III yer uğrunda qarşılaşmaya çıxmağa imkan verməyib. Nəticədə, komandamız Ermənistana (4:6) məğlub olaraq, turniri IV pillədə başa vurub.

Xatırladaq ki, sərbəst güləşçilərdən ibarət komandamız da yarışda IV yeri tutmuşdu. II dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı “Martyrs Cup”da həm sərbəstlərin, həm də yunan-Roma güləşçilərinin mübarizəsində ədaləti qoruyub.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …