Baş səhifə / Cəmiyyət / Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq”

Rusiya XİN: “Dağlıq Qarabağ münaqişəsi ATƏT səviyyəsində müzakirə olunacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Milanda keçiriləcək iclası zamanı ikitərəfli görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətdə atılan addımları müzakirə edəcək.

Bunu Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, nazir S.Lavrovun ATƏT-də Rusiyanı maraqlandıran məsələlərə dair çıxış edəcəyini söyləyib.

“Təbii ki, dediyim kimi, ikitərəfli görüşlər də olacaq. Həmin görüşlərdə adı çəkilən (Dağlıq Qarabağla bağlı – red.) məsələ daha konkret şəkildə, tətbiqi nöqteyi-nəzərdən müzakirə olunacaq. Əlbəttə ki, bu zaman müəyyən təkliflər, addımlar da razılaşdırıla bilər”, – Rusiya rəsmisi bildirib.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …