Baş səhifə / Cəmiyyət / Pakistan Azərbaycana aviabombalar ixrac edəcək

Pakistan Azərbaycana aviabombalar ixrac edəcək

Pakistan Azərbaycana müxtəlif təyinatlı aviasiya bombalarının ixracını həyata keçirməyə hazırlaşır.

Bu barədə İDEAS-2018 sərgisində iştirak edən “AzeriDefence” jurnalının əməkdaşına Pakistanın GIDS (Global Industrial & Defence Solutions) dövlət şirkətindən bildirilib.

Şirkət rəsmiləri bildiriblər ki, istehsal edilən müxtəlif təyinatlı aviasiya bombaları və yönləndirmə dəstlərinin Azərbaycan Hərbi Hava Qüvvələrinə təqdimatı keçirilib və bəyənilib. Bu aviasiya bombaları uzaq məsafədən düşmənin möhkəmləndirilmiş sığınacaqlarını, xüsusilə də betondan düzəldilmiş sığınacaqlarını dəqiqliklə məhv etməyə imkan verir. Bombalar həm NATO ölkələrində istehsal olunan təyyarələrdən, həm də Sovet təyyarələrindən atıla bilir.

Şirkət rəsmilərinin sözlərinə görə, aviasiya bombaları Azərbaycan Silahlı Qüvvələri tərəfindən bəyənilib və bu Azərbaycanın aviasiyasının gücünü daha da artıracaq. Eləcə də, GİDS aviabombaların istehsalı ilə bağlı Azərbaycan müdafiə sənayesi ilə əməkdaşlıq etməyə hazır olduğunu açıqlayıb və bununla bağlı Azərbaycan tərəfi ilə görüşlərin keçirildiyini bildiriblər.

Qeyd edək ki, bu günləri İDEAS-2018 10-cu Beynəlxalq Müdafiə Sərgisi və Seminarı çərçivəsində Azərbaycan müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı general-leytenant Ramiz Tahirov da GİDS şirkətinin stendinə baş çəkib. Şirkət rəhbərliyi tərəfində ona GİDS şirkətində istehsal olunan müxtəlif məhsullar nümayiş etdirilib.

Qeyd edək ki, GİDS Pakistan hərbi sənayesinin ən böyük aparıcı müəssisələrindəndir. Şirkət bu günə qədər Azərbaycana müxtəlif müdafiə təyinatlı məmulatların ixracını həyata keçirib.

İstinad

Buna da bax...

Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun …