Baş səhifə / Cəmiyyət / Şəhriyar Məmmədyarov dünya reytinqində

Şəhriyar Məmmədyarov dünya reytinqində

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün dünyanın ən güclü 100 şahmatçısının adını açıqlayıb.

Kişi şahmatçıların ilk yüzlüyündə Azərbaycanın altı qrossmeysteri yer alıb.

Şəhriyar Məmmədyarov 2817 xalla III pillədəki mövqeyini qoruyub. Siyahıya aktivində 2835 xal olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana 2832 xalla II yerdədir.

Teymur Rəcəbov 2757 xalla XIV və Arkadi Naydiç 2736 xalla XX sıradadır. Rauf Məmmədov iki pillə geriləyərək 42-ci pillədə qərarlaşıb (2703 xal). Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.

Qadınların ilk ən güclü yüz şahmatçısı siyahısında Azərbaycanın üç təmsilçisi yer alıb. Günay Məmmədzadə bir pillə geriləyib (2422 xal, 47-ci pillə). Bir pillə irəliləyən Xanım Balacayeva 62-ci pilləyə yüksəlib (2397 xal). İki pillə geriləyən Gülnar Məmmədova 2368 xalla 99-cu yerdədir.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …