Baş səhifə / Dünya / Tramp Putinə 50 milyon dollarlıq ev hədiyyə etmək istəyib

Tramp Putinə 50 milyon dollarlıq ev hədiyyə etmək istəyib

Moderator.az İsrail KİV-nə istinadən xəbər verir ki, “ The Tramp Organization kompaniya” 2016-cı ildə Moskvada tikilən Tamp Tower-də Vladimir Putinə 50 milyon dollarlıq penthaus verməyi planlaşdırıb. Bu məsələ haqqında hələ bina tikilməzdən əvvəl razılaşma olub.

Trampın keçmiş vəkili Maykl Koenin bu hədiyə məsələsini Putinin mətbuat katibi Dmitri Peskovun nümayəndəsi ilə müzakirə etdiyi xəbərdə qeyd edilib.

Məhz Moskvada Tramp Towerin inşaası planının Trampın şirkəti ilə Rusiya tərəfinin müzakirə olunması, 2016-cı il prezident seçkilərinə Rusiyanın müdaxiləsini təhqiq edən ABŞ-ın xüsusi prokuroru Robert Müllerlə Maykl Koenin əməkdaşlığının əsas tərəfidir.

İki gün bundan əvvəl-29 noyabrda Donald Trampın keçmiş vəkili Maykl Koen məhkəmədə etiraf edib ki, ABŞ Konqresində RF-nin müdaxiləsi haqqında yalan məlumatlar verib. O etiraf edib ki, 2017-də Amerika Senatının Kəşfiyyat Komitəsində Tramp Towerin Moskvada tikinti planı haqqında yalan bəyanat verib. Koen bildirib ki, bu yalanla Trampı və onun prezident kompaniyasını müdafiə etmək istəyib.

Xüsusi Prokuror Müller yaxın vaxtlara məhkəmədə ciddi bəyanatla çıxış etməyə hazırlaşır. ABŞ-da Niksonun prezidentliyinə yarımçıq son verilməsi kimi ikinci tarix yaşanacaqmı?

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …