Baş səhifə / Dünya / Məşhur avtoritet “Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib: 1 nəfər ölüb – VİDEOLAR

Məşhur avtoritet “Şeyx Həmzət”ə qarşı sui-qəsd edilib: 1 nəfər ölüb – VİDEOLAR

Bu saatlarda Almaniyada çeçen mənşəli məşhur kriminal avtoritet, “Şeyx Həmzət” ləqəbi ilə tanınan Həmzət Qastəmirova qarşı sui-qəsd edilib.

Xəbər verir ki, Berlinin Kudamm (Kurfürstendamm) rayonunda baş verən hadisə zamanı bir nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Təcili tibbi yardım maşınları və polis hadisə yerinə cəlb edilib.

Soydaşlarımızın verdiyi məlumatda bildirilir ki, “Şeyx Həmzət” sui-qəsddən sağ qurtula bilib.

Sui-qəsdi həyata keçirənlərin kimliyi məlum deyil. Hadisənin təfərrüatlarını dəqiqləşdirməyə çalışırıq.

Qeyd edək ki, Həmzət Qastəmirov 2016-cı ildə Türkiyənin İstanbul şəhərində qətlə yetirilən azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranskinin mənəvi qardaşı və varisi hesab olunur.

İstinad

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …