Baş səhifə / Cəmiyyət / Qarabağ separatçısı A.Arutyunyan Avstraliyada qəbul edildi – FOTO

Qarabağ separatçısı A.Arutyunyan Avstraliyada qəbul edildi – FOTO

ATƏT-in Minsk Qrupu üzvlərinin dəstəyi ilə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında qondarılmış separatçı qurumun “dövlət naziri” kimi təqdim edilən Araik Arutyunyan Avstraliyada “işgüzar səfəri” zamanı bir qrup avstraliyalı deputat tərəfindən qəbul edilib.

Moderator24.com “KarabakhTV”-yə istinadla xəbər verir ki, bu haqda qondarma “nazirin” “mətbuat xidməti” məlumat yayıb.

Cənubi Uels ştatının parlamentində olan A.Arutyunyan Ermənistan- Avstraliya dostluq qrupunun üzvləri və qrupun həmsədri deputat Conatan O Deanla görüşüb. Separatçı “nazir” Cənubi Uels parlamentinə separatçı-terrorçu qurum “xalqı”nın “öz müqəddəratını təyin etmə hüququnu” tanıdığına görə təşəkkürünü bildirib. Avstraliya deputatları separatçı qurum rəhbərinin ölkələrinə gəlişini alqışlayıb və bu səfərin ikitərəfli əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyini bildiriblər.

Xatırladaq ki, ötən ilin iyununda Bakıda Avstraliya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi qeyd edilib. Tədbirdə Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyi vurğulanıb…

Sultan Laçın

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …