Baş səhifə / Dünya / Müharibə başlasa, vay halımıza – Aşotyan

Müharibə başlasa, vay halımıza – Aşotyan

Nikol Paşinyanı Qarabağ və onun problemlərindən kilometrlərlə aralı tutmaq lazımır. Onun qədər Azərbaycan təbliğatçılarına yardım edən heç bir Ermənistan lideri olmayıb. Azərbaycan mətbuatında yazılanlara baxın. Görün, baş nazir haqqında nələr yazırlar.

Bu sözləri Ermənistan Milli Assambleyasının xarici əlaqələr komissiyasının keçmiş sədri, keçmiş təhsil naziri, hazırda isə Serj Sərkisyanın Ermənistan Respublikaçılar Partiyasının (ERP) liderlərindən olan Armen Aşotyan keçirdiyi brifinqdə söyləyib.

Aşotyan Qarabağ münaqişəsi ətrafında gedən müzakirələrin gedişindən və Ermənistanın indiki hakimiyyətinin hərəkətlərindən olduqca qəzəbli və narahat olduqlarını dilə gətirib: “Bu hakimiyyət Ermənistanın maraqlarını müdafiə etmək qabiliyyətində deyil. Onlar Qarabağda güddükləri başqa məqsədlərə işi yerli hakimiyyətin (oyuncaq qondarma rejimin) üzərinə yıxaraq nail olmaq istəyirlər”.

Jurnalistlər Aşotyandan Paşinyanın “keçmiş iqtidarın ordunu talan etməsi” ilə bağlı sözlərinə reaksiyasını öyrənmək istəyiblər.

“Paşinyanın Qarabağ və ordu haqqında danışmağa heç bir mənəvi haqqı yoxdur. Əgər müharibə vəziyyəti yaransa və ordumuzun başında Nikol Paşinyan dayansa, o zaman vay bizim halımıza…” – deyə Armen Aşotyan cavab verib.

İstinad

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …