Baş səhifə / Dünya / Yüksək enerjili lazer silahları və müharibələrin gələcəyi

Yüksək enerjili lazer silahları və müharibələrin gələcəyi

Müdafiə sahəsinin ən yeni və perspektivli innovasiyalarından biri yüksək enerjili lazer silah sistemləridir. Hava, quru və dəniz platformalarına quraşdırılabilən bu silahlar taktiki və yerüstü müdafiə sistemləri üçün ən qabaqcıl və bacarıqlı konsepsiyalardır.

Bu barədə “Military & Aerospace Electronics” nəşri məqalə yayımlayıb.

Məqalədə qeyd olunur ki, lazerin özü yeni texnologiya deyil, hərbi məqsədlər üçün illərdir istifadə olunur. Lakin son illərdə “Lockheed Martin”, “Raytheon” və “Boeing” kimi şirkətlər mövcud olan texnologiyanı dronlar və kiçik hərbi sursatları vura biləcək çoxməqsədli lazer silahlarına çevirirlər.

Bu addımlar ABŞ ordusunu dronları məhv edən silah sistemləri ilə təmin edəcək ki, bu da ABŞ-a müasir döyüş səhnəsində, xüsusilə də, dronlardan getdikcə daha çox istifadə edən qeyri-dövlət aktorlarla mübarizəsində kömək edəcək.Yeni dron əleyhinə silahlar ABŞ və müttəfiqlərinin taktiki hava üstünlüyü əldə etməsinə gətirib çıxaracaq.

İstinad

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …