Baş səhifə / Dünya / Paşinyanın 7 aydır qəbul etmədiyi əsgər anası kimdir? – DETALLAR

Paşinyanın 7 aydır qəbul etmədiyi əsgər anası kimdir? – DETALLAR

“Oğlum həyatı bahasına bütün anbarı partlayışdan xilas edib, amma onun bu əməli qiymətləndirilmir”.

Bu fikirləri ötən ilin noyabr ayında qumbara partlaması nəticəsində ölən əsgərin anası səsləndirib.

6 uşaq anası olan Nune Hakobyanın yeganə oğlu Hrant Manqasaryan 4 noyabr 2017-ci ildə Ağdərədə dislokasiya olunan erməni ordusunun hərbi hissəsindəki silah sursat anbarında tank əleyhinə qumbaranın partlaması nəticəsində ölüb.

Bildirilir ki, məsul şəxslərin kobud səhlənkarlığı nəticəsində döyüş vəziyyətində olan qumbara anbara gətirilib və əsgərin əlində partlayıb. Bu partlayış nəticəsində 2 əsgər yaralanıb, 1 əsgər isə ölüb.

İlkin araşdırmaya görə, tank əleyhinə qumbara 49971 nömrəli hərbi hissənin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində partlayıb.

İlkin araşdırma orqanı tərəfindən ölən hərbi qulluqçunun ailəsinə bildirilib ki, partlayış anbar rəisi Qevork Hyustnunts tərəfindən qumbaranın döyüş vəziyyətindən çıxarılmasına cəhd edilərkən baş verib, anbar rəisi öz izahatında bunu təsdiq edib.

Məlumata görə, partlayış anında ölən hərbi qulluqçunun öz bədəni ilə onu bağlaması nəticəsində partlayışın fəsadları az olub. Ancaq anbar rəisi də ziddiyyətli ifadələr verib və bir halda qumbaranın masa üzərində olduğunu, digər halda isə qumbaranın əlində partladığını bildirib.

Valideynləri snayper olan Hrantın silah anbarında nə işi olduğunu hələ də anlamırlar. Partlayışa səbəb olan qumbara döyüş vəziyyətində olub. Amma onun anbarda ikən niyə döyüş vəziyyətində olduğunu isə heç kim izah etmir.

Ölən erməni hərbi qulluqçunun valideynləri baş verən hadisədə yalnız anbar rəisi Qevork Hyustnuntsu günahkar hesab edirlər. Onun anbara giriş, çıxışa və işləyən hərbi qulluqçulara kifayət qədər nəzarət edə bilmədiyini bildirirlər. Müstəntiq anbar rəisini sorğu sual etmək əvəzinə ölən hərbi qulluqçunu günahkar hesab etməyə cəhd edir.

Ermənistanın sabiq Müdafiə naziri Vigen Sarkisyan baş verən hadisə ilə əlaqədar günahkar şəxslərin əhatəsinin geniş olduğunu, günahkar şəxslərin cəzalandırılacağını bildirib. Ermənistan ordusunun yaranma günü münasibəti ilə 28 yanvar 2018-ci ildə ölən hərbi qulluqçu Hrant Manqasaryan döyüş xidmətlərinə görə medalı ilə təltif edilib.

Ancaq hərbi qulluqçuların sığorta fondundan Hrant Manqasaryanın ailəsinə sığorta pulu verilmir. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, Hrant Manqasaryan xidməti vəzifə borclarını yerinə yetirərkən həlak olduğuna görə sığorta verilməsi fondun nizamnaməsinə ziddir. Bu fonddan sığorta pulu yalnız cəbhə xəttində, döyüş əməliyyatlarında yaralanan və ya həlak olan hərbi qulluqçulara verilir.

Ancaq mükafatlandırılması haqqında prezidentin fərmanında döyüş tapşırığı yerinə yetirərəkən öldüyü qeyd edilib. Valideynləri bu faktın fonddan sığorta ödənişi almağa əsas verdiyini qeyd edirlər. Ölən Manqasaryan həm də aprel döyüşlərində snayper kimi iştirak edib. Hazırda anası bildirir ki, onu nə Paşinyan, nə də indiki Müdafiə naziri Davit Tonoyan qəbul etmir.

Hərbi qulluqçuların sığorta fondu isə ölən Hrant Manqasaryanın ailəsinə heç bir izahat təqdim etmədən sığorta pulu verməkdən imtina edir. Xatırladaq ki, fond tərəfindən həlak olan hərbi qulluqçunun ailəsinə 58 milyon dram vəsait verilir. Bu vəsaitin 10 milyon dramı birdəfəlik qalan hissəsi isə 20 il ərzində aylar üzrə ödənilir. Onun vəkili bildirir ki, qanunvericiliyə görə bu pul ödənilməlidir.

Şikayətçi bildirir ki, Paşinyana şəxsən məktub verib, lakin cavabsız qalıb. Ermənistan istintaq orqanı vəzifə borclarına səhlənkar yanaşaraq son döyüş vəziyyətində olan RKQ-3 tankəleyhinə qumbaranı anabara daxil edilməsində yol verdiyi səhlənkarlığa görə hərbi hissənin raket artilleriya silahları xidmətinin rəisi mayor A.Qriqoryana, anbar rəisi Qevork Hyustnunts qarşı ittiham irəli sürüb. Vəkil tərəfindən Müdafiə Nazirliyinə ölən hərbi qulluqçunun anasının 7 aydır qəbul olunmaması, sığorta fondundan sığorta pulu ödənilməməsinin səbəblərini aydınlaşdırmaq üçün sorğu göndərib.

İstinad

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …