Baş səhifə / Cəmiyyət / Başı qırxılan qadının anası danışdı – Gözlənilməz açıqlama

Başı qırxılan qadının anası danışdı – Gözlənilməz açıqlama

Sosial şəbəkələrdə əri tərəfindən başı qırxılmış qadının yayılmış videosu ölkənin gündəmindən düşmür.

Hadisənin 4 ay əvvəl Rusiyanın şəhərlərindən birində baş verdiyi bildirilir.

Bu barədə news24.az-a şiddətə məruz qalmış qadının anası X.M. məlumat verib. O bildirib ki, Mingəçevir şəhərində yaşayırlar və hadisə xəyanət zəmnində baş verməyib. Bu, qızının əri və yaxınları tərəfindən uydurulmuş böhtandır. Qızı Günay (ad şərtidir) hadisə baş verməzdən bir-neçə ay əvvəl ərindən ayrılıb, amma rəsmən boşanmayıblar. Boşanmaq istəməyən ər arvadını aldadaraq Rusiyaya aparıb. Az müddət sonra Günay əri ilə Rusiyaya getməyə peşman olub və geri dönmək istəyib. Buna yol vermək istəməyən ər acığa düşərək orada ailəlikcə gəlinə şiddət göstərməyə başlayıblar. X.M. bildirib ki, hər gün qızı əri tərəfindən döyülüb, hədələnib. Ən son isə Günayın əri, qayınanası və qaynı birləşərək onu döyüb, başını qırxıblar. Sonra isə rüsvay etmək hədəsi üçün videoya çəkiblər.

X.M.-nin sözlərinə görə, görüntünü qızının qaynı çəkib. Bunu ona kürəkəni bildirib. O deyib ki, qardaşı onlardan xəbərsiz videonu yayıb.

X.M. onu da bildirib ki, qızına xəyanət damğası vurub, ölkədə biabır etdikləri üçün Günayın qayınanası, əri və qaynı barədə hüquq mühafizə orqanlarına şikayət edib.

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …