Baş səhifə / Cəmiyyət / Bakı əhalisinin sayı açıqlandı

Bakı əhalisinin sayı açıqlandı

Bu ilin əvvəlindən Bakı şəhərinin əhalisinin sayı 11,3 min nəfər artaraq, 2018-ci il oktyabr ayının 1-nə olan məlumata görə, 2 milyon 273,9 min nəfərə çatıb.

Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edir.

Bir kvadrat kilometrə düşən əhalinin sayı 1 062 nəfər olub.

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərində 22 494 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1 000 nəfərinə 13,3 təşkil edib. Doğulan körpələrdən 258-i əkiz, beşi isə üçəm olub.

İstinad

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …