Baş səhifə / Cəmiyyət / Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

Tanınmış modelyer xəstəxanaya yerləşdirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Prosesə sədrlik edən hakim Mirzə Xankişiyev bildirib ki, zərərçəkmiş şəxs qismində tanınan L.Əhmədova məhkəməyə ərizə ilə müraciət edərək, səhhətində problem yarandığını, xəstəxanaya yerləşdirildiyini bildirib.

Bu səbəbdən o, məhkəmə iclasına gələ bilməyib.

Hakim qeyd edib ki, zərərçəkmiş şəxsin və ya nümayəndəsinin iştirakı olmadan iclas aparıla bilməz.

Buna görə məhkəmə iclas dekabrın 12-dək təxirə salınıb.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …