Baş səhifə / Dünya / Raket belə onu dayandırmaqda acizdir! – Putinin təkərli sığınacağı…

Raket belə onu dayandırmaqda acizdir! – Putinin təkərli sığınacağı…

Moderator.az xarici mətbuata istinadən xəbər verir ki, G20 zirvəsində təmsil olunan Rusiya prezidentinin avtomobili böyük marağa səbəb olub. Cənubi Amerika mediası Putinin avtomobilini “təkərli sığınacaq” adlandırıb. Putinin özü Rusiya istehsalı olan Aurus limuzinə bəzi dostlarının, eləcə də ərəblərin maraq göstərdiyini etiraf edib:

“Gerçəkdən çox gözəl bir avtomobildir. Onu yalnız mən bəyənmirəm. Bəzi ərəb dostlarım da çox bəyənir və özləri üçün də bir dənə bu maşından almaq istəyirlər”.

Sözügedən avtomobilin çoxsaylı özəlliklərindən biri də onu raket və bomba hücumu zamanı belə təhlükəsizliyi tam təmin etməsidir. Belə ki, ölkə başçısı üçün məxsusi olaraq hazırlanan və ən dağıdıcı raket zərbəsindən belə müdafiə olunmaq üçün düşünülən avtomobil təhlükəsizlik baxımından bütün göstəricilərə ideal şəkildə cavab verir.

Seymur ƏLİYEV

Buna da bax...

Heydər Əliyevin heç yerdə görmədiyiniz nadir FOTOLARI

AzərTac ulu öndər Heydər Əliyevin xatirəsini “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi- fotokompozisiya” ilə anıb. Moderator24.com …