Baş səhifə / Cəmiyyət / Məmmədyarov erməni həmkarı ilə görüşünün şərh etdi

Məmmədyarov erməni həmkarı ilə görüşünün şərh etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib:

“Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb”.

Nazir bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

İstinad

Buna da bax...

Fransa Prezidenti: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün səylərimizi davam etdirəcəyik”

“Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, ədalətli və uzun …