Baş səhifə / Dünya / Dünyanın ən müasir həbsxanası – Sabah işə gedir, axşam həbsxanaya qayıdırlar – FOTOLAR

Dünyanın ən müasir həbsxanası – Sabah işə gedir, axşam həbsxanaya qayıdırlar – FOTOLAR

Qrenlandiyada inşa edilən və 2019-cu ildə xidmət göstərəcək “Ny Anstalt” adlı həbsxana görənləri heyrətə gətirir.

Moderator24.com xəbər verir ki, inşa edilən həbsxana olduqca lüks dizaynı ilə müasir istirahət şəhərciyini xatırladaraq modern bir xizək mərkəzinə bənzəyir.

86.000 kvadratmetrlik kompleksdə 40 qapalı hücrə və 36 açıq məhkum var. Açıq hissədə qalan məhkumlar gündüz şəhərə gəlir, işə gedib pul qazanır, axşamlar isə həbsxanaya qayıdırlar.

Ultra lüks həbsxananın inşa edilməsindəki məqsəd məhkumların cəmiyyətə qayıdan zaman təcrid olunmuş olmamalarına şərait yaratmaqdır.

Həbsxananın içində məhkumlar üçün ümumi sahələr və mətbəxlər var. Bundan başqa, kompleksin içində bir idman mərkəzi, bir kitabxana və bir kilsə fəaliyət göstərir.

Kamran

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …