Baş səhifə / Dünya / İlon Mask “Falcon 9”un enişini göstərdi – VİDEO

İlon Mask “Falcon 9”un enişini göstərdi – VİDEO

“Falcon 9” daşıyıcı raketinin ilk pilləsi Atlantik okeanına düşüb.

Bu haqda “SpaceX” şirkətinin rəhbəri İlon Mask “Twitter”də yazıb.

O, həmçinin pilləyə bərkidilmiş kameranın çəkdiyi video görüntüləri paylaşıb.

“Mühərriklər raketin dövr etməsini vaxtında tənzimlədiyinə görə, o suya eniş edərkən zədələnməyib! Gəmilər “Falcon”u xilas etmək üçün yola düşüblər”, – deyə sahibkar bildirib.

Raket “Dragon” kosmik gəmisi ilə birlikdə dekabrın 5-də Amerika Hərbi-Hava Qüvvələrinin Floridada yerləşən bazasından buraxılmışdı. O, Beynəlxalq Kosmik Stansiyaya qida məhsulları və elmi tədqiqatlar və eksperimentlər üçün materiallar çatdırmalıdır.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …