Baş səhifə / Cəmiyyət / Deputatlara Cümhuriyyət medalları veriləcək

Deputatlara Cümhuriyyət medalları veriləcək

Spiker Oqtay Əsədov parlamentin plenar iclasında deputat Fazil Mustafanın Cümhuriyyət qurucularının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə bağlı təklifinə cavab verib.

O, bildirib ki, bu gün bayram günü olduğu üçün onları yad etməyi düzgün saymır:

“Biz onları başqa günlərdə daim yad edirik. Hətta bir müddət öncə təntənəli yubiley iclası keçirdik. Parlamentin yüz illiyi ilə bağlı kitabda onlar haqqında geniş məlumat verilib.

Yubiley medalına gəlincə, onlar hazırdır. Yaxın günlərdə keçiriləcək iclasların birində deputatlara təqdim ediləcək”.

İstinad

Buna da bax...

Heydər Əliyevin heç yerdə görmədiyiniz nadir FOTOLARI

AzərTac ulu öndər Heydər Əliyevin xatirəsini “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi- fotokompozisiya” ilə anıb. Moderator24.com …