Baş səhifə / Cəmiyyət / Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır

Avtomobil Yolları Dövlət Agentliyinin səlahiyyətləri artırılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) səlahiyyətləri artırılır.

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Avtomobil yolları haqqında” qanuna dəyişiklik layihəsinin müzakirəsi zamanı bildirilib ki, bundan sonra AAYDA öz fəaliyyət istiqamətləri üzrə müvafiq işləri lisenziya və icazə olmadan həyata keçirə biləcək.

Qanun 21-ci (Yol təsərrüfatının idarə edilməsi) maddəsində dəqiqləşdirmə aparılıb:

“Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) öz fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahıda nəzərdə tutulan lisenziya və icazələrin alınması tələb olunmur”.

Qeyd edək ki, prezident İlham Əliyevin imzası ilə MM-ə daxil olan qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

İstinad

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …