Baş səhifə / Cəmiyyət / Nazirlikdən şaxta babadan hədiyyə istəyən Tufanla bağlı – AÇIQLAMA + YENİLƏNİB

Nazirlikdən şaxta babadan hədiyyə istəyən Tufanla bağlı – AÇIQLAMA + YENİLƏNİB

Təhsil Nazirliyi 11 yaşlı Tufanın Şaxta Babaya məktubu barədə açıqlama verib.

Oxu.Az-ın məlumatına görə, nazirliyin informasiya şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu barədə sosial şəbəkədə yazıb:

“Sosial şəbəkələrdə və saytlarda Masallının Bədəlan kəndindən olan, hər iki valideynini itirmiş 11 yaşlı Tufanın Şaxta babaya məktubu yayılıb. Bununla bağlı bildirmək istəyirəm ki, Əşrəfov Tufan Bağır oğlu Masallının Dəmirçi kənd ümumi orta məktəbinin 7-ci sinif şagirdidir. Özü Bədəlan kəndindəndir.

Məktəbdən verilən məlumata görə, nümunəvi şagirddir, dərslərini yaxşı oxuyur. Tufan dayısının və babasının himayəsində yaşayır. Təhsil Nazirliyi Yeni il ərəfəsində Tufanı ziyarət edəcək və öz sovqatı ilə onu sevindirəcək”, – deyə o bildirib.

15:26

11 yaşlı Tufanın Şaxta Babaya məktubu sosial şəbəkələrdə maraqla qarşılanıb.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Masallı rayonunun Bədalan kənd sakini şaxta babaya yazdığı məktubda atasından sonra anasını da itirdiyini və bu səbəbdən çox kədərli olduğunu bildirib.

Davamında yazır:

“Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən”.

Məktub Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin “Şaxta baba sən ol” layihəsi ilə bağlı göndərilib. Layihə rəhbəri Nigar Bayramlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən aksiya 3 ildir ki, davam etdirilir:

“Hər il olduğu kimi bu il də uşaqlar şaxta babaya müxtəlif məktublar yollayıb. Biz həmin məktubları “Hard Rock Cafe”də yolkadan asırıq. Kömək etmək istəyənlər məktubu götürür, uşağın istədiyi hədiyyəni alıb məktubla birlikdə bizə verir. Məsələn, ötən il 1 ailə 10 məktubda arzulanan hədiyyəni almışdı, cəmi iki günə hədiyyələr yığıldı. Biz məktubların hamısını səhifədə paylaşmışdıq. Necəsə oldu, bu məktub sosial şəbəkədə yayıldı. Hazırda həmin məktubları təhvil vermişəm, heç məndə də deyil. Tezliklə yolkadan asılacaq”.

Nigar xanımın sözlərinə görə, hədiyyələrin il sonuna kimi toplanması planlaşdırılıb. Yanvarın 15-nə kimi isə kəndlərdə uşaqlara paylanılacaq.

 

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …