Baş səhifə / Dünya / Ərdoğan Poroşenkonun bu xahişini Putinə çatdırdı

Ərdoğan Poroşenkonun bu xahişini Putinə çatdırdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı hərbçilərin azad edilməsi ilə bağlı xahişi Rusiya lideri Vladimir Putinə çatdırıb.

Ərdoğan bu barədə Putinlə Argentinadakı G20 sammitində danışdığını söyləyib.

“Kerç insidentindən sonra mən hər iki tərəflə – əvvəlcə Putin, sonra Poroşenko ilə telefonda, daha sonra isə Argentinada danışmışam. Dənizçilərin azad edilməsi barədə xahişi Putinə çatdırmışam. Ümid edirəm ki, buna müsbət cavab veriləcək. Bildiyim qədər, hazırda insidentin araşdırılması prosesi gedir, bundan sonra isə qərar qəbul ediləcək. Biz belə məsələlərdə yalnız xahiş edə bilərik, bundan uzağa getməyəcəyik”, – o bildirib.

İstinad

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …