Baş səhifə / Cəmiyyət / Aprel şəhidinin həyat yoldaşı təşkilat yaradıb

Aprel şəhidinin həyat yoldaşı təşkilat yaradıb

Azərbaycan Bayrağı ordenli aprel şəhidi mayor Təbriz Musazadənin xanımı Pərişan Musazadə “Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edib.

P.Musazadə Trend-ə deyib ki, birlik şəhid övladlarının təhsil almasına yardım edəcək.

Onun sözlərinə görə, könüllü müəllimlər-birlik üzvləri şəhid və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçəcək, maddi və mənəvi dəstək göstərəcəklər:

“Təbriz, övladlarının, onların timsalında millətin gələcəyi olan bütün uşaqların təhsil almasını, vətən üçün layiqli övlad kimi böyümələrini arzulayırdı. Hətta təşkilat yaradıb, əlindən gələn köməkliyi göstərməyi düşünürdü. Onun arzusunu yerinə yetirməyə çalışıram. Mən Təbrizin yadigarı – Tayfun və Onurun, atalarına layiq övlad kimi böyüməsi üçün əlimdən gələni edirəm. Bütün şəhid övladlarının təhsil almasına az da olsa yardım etmək istəyirik”.

P.Musazadə bildirib ki, təşkilatın könüllüləri arasında psixoloq və həkimlər də var və onlar səhiyyə sahəsində yardım edəcəklər: “Biz bütün könüllüləri ətrafımızda birləşməyə çağırırıq. Dövlət şəhid ailələrinə qayğı göstərir, biz də əlimizdən gələni əsirgəməyək”.

Təşkilatın təqdimatı dekabrın 8-də keçiriləcək.

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …