Baş səhifə / Dünya / İnterpol Serjik Sərkisyanın qardaşı oğlunu Praqada yaxaladı -Qohumbazlığın biabırçı finalı…-F0TO

İnterpol Serjik Sərkisyanın qardaşı oğlunu Praqada yaxaladı -Qohumbazlığın biabırçı finalı…-F0TO

Erməni polisi Ermənistanın sabiq prezidenti Serjik Sərkisyanın beynəlxalq axtarışa verilmiş qardaşı oğlu Narek Sərkisyanın Pragada yaxalanması haqda məlumat yayıb.

Moderator.az xəbər verir ki, bu haqda işğalçı ölkə saytları yazıb. Məlumata görə, dekabrın 6-da Pragada ələ keçən N. Sərkisyan özünü Qvatemala vətəndaşı kimi təqdim edib və polislərə Franklin Qonsalezin adına saxta pasport göstərib. N. Sarkisyanın tapılması barədə məlumat ekstradisiya prosesinin təşkili üçün Ermənistan Baş Prokurorluğuna təqdim edilib.

N. Sarkisyan qanunsuz silah saxlamaq və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunur.

Xatırladaq ki, Ermənistan prokurorluğu tərəfindən Levon Sərkisyanın qızı Ani və oğlu Narek Sərkisyan qanunsuz varlanmada, gəlir bəyannaməsindən yayınmaqda, sənədlərin saxtalaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham edilib. Bu ilin sentyabrında Ani polisə könüllü təslim olsa da, Levon özü və oğlu Narek Ermənistandan qaçıb və beynəlxalq axtarışa veriliblər.

Qeyd edək ki, eks-prezident Serjik Sərkisyanın qardaşı Levon Sərkisyan 1998-ci ildən Suriya, Tunis və İordaniyada səfir kimi çalışıb və 2010-cu ildə Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri təyin edilib.

Sultan Laçın

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …