Baş səhifə / Cəmiyyət / “Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq…”

“Ermənilərin yaşadığı ərazi Hüseynqulu xanın torpaqlarıdır, oranı da geri almalıyıq…”

“Vaxtilə Vorontsov Lazarevi Təbrizin komendatı təyin etmişdi. O, Lazarev deyil, Lazaryandır. Ona görə də yəqin ki, “Lazaryan klubu” desək, daha yaxşı çıxar”.

Millət vəkili, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bu fikirləri Milli Məclisin plenar iclasında çıxış edərkən söyləyib. “Lazarev klubu”nun İrəvanda keçirdiyi tədbirdə Azərbaycana qarşı iddiaların səslənməsinə toxunan C.Qurbanov Rusiya Dövlət Dumasının ermənipərəst deputatı K.Zatulinin səsləndirdiyi iddialara da reaksiya verdi:

“İndi Zatulin gedib həmin klubda yallanır. Ona görə də səs çıxartmalıdır, nəsə deməlidir. Bu iddialar sadəcə iki deputatın arasını vurmağa yönəlmiş cəhddir. Ancaq onun bu fikirləri Azərbaycan-Rusiya münasibətlərinə zərrə qədər də təsir edə bilməz”.

C.Qurbanov bu yaxınlarda ölkə prezidentinin rəhbərliyi ilə Rusiyada, dövlətlərarası komissiyanın işində iştirak etdiyini xatırlatdı:

“İnanın ki, mən ordakı münasibətləri gördüm. İçəridəki münasibətləri bilirəm. Çox gözəl, səmimi münasibətlər var və Rusiya ilə hər şey qaydasındadır. Cənab prezidentin özünün dediyi kimi, ötən il 800 min rus bura gəlib. İndi yoxlasınlar, görsünlər Ermənistana hərbçilərdən başqa kim gedir?”

Deputat bəyan etdi ki, ermənilərin və onların havadarlarının Azərbaycanın tarixi torpaqlarına iddiaları mənasızdır: “Biz heç vaxt öz torpaqlarımızdan imtina edəsi deyilik. Əvvəl-axır Atillanın ayağı dəyən hər türk torpağına biz iddialıyıq. Ermənilərin yaşadığı ərazi də bizim torpaqdır, Hüseynqulu xanın torpaqlarıdır. Biz o torpaqları da geri almalıyıq”.

Ermənilərin iddialarını mənasız sayan C.Qurbanov ardınca dedi ki, bizim işimiz siyasətimizi uğurla davam etdirmək, iqtisadiyyatımızı və ordumuzu gücləndirmək, torpaqlarımızı işğaldan azad etməkdir.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …