Baş səhifə / Dünya / Koçaryan həbs edildi – SON DƏQİQƏ…

Koçaryan həbs edildi – SON DƏQİQƏ…

Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu gün – dekabrın 7-də Ermənistanın Apellyasiya məhkəməsi ölkənin eks-prezidenti Robert Koçaryanı həbs edib.

“Apellyasiya məhkəməsi ilk məhkəmə instansiyasının qərarını dəyişməyib və bizim şikayətimizi rədd edib” – Koçaryanın vəkili Alumyan jurnalistlərə deyib.

Xatırladaq ki, xüsusi istintaq xidməti iyulda Koçaryanı 1 mart 2008-ci ildə etiraz mitinqini dağıtmaqla Konstitusiya quruluşunu yıxmaqda ittiham etmişdi və iki gün sonra Koçaryan iki aylıq həbs edilmişdi. Şikayət əsasında müvəqqəti azadlığa çıxsa da apellyasiya məhkəməsi iyulda verdiyi qərarı təsdiq edib.

Vəkilin verdiyi məlumata görə məhkəmə qərarından sonra Koçaryan özü istintaq təcridxanasına gəlib. Eks-prezident məhkəmə qərarının indiki hakimiyyətin kobud təzyiqi ilə qəbul olunduğunu və ona qarşı şəxsi intiqam aktı kimi dəyərləndirib.

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …