Baş səhifə / Dünya / Robert Koçaryanın saxlandığı həbsxananın adı açıqlanıb

Robert Koçaryanın saxlandığı həbsxananın adı açıqlanıb

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məhkəməni qərarı ilə həbs edilib və Yerevandakı “Kentron” həbsxanasında saxlanılır.

Bunu ölkə milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan “Azadlıq” radiosunun erməni dilində redaksiyasına bildirib.

Qeyd edək ki, R.Koçaryan konstitusiya quruluşunu dəyişmək üçün başqa şəxslərlə qabaqcadan əlbir olmaqda ittiham olunur. İyulun 28-də Yerevan məhkəməsi 2008-ci ilin mart hadisələrində törədilən cinayətə görə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul etmişdi.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …