Baş səhifə / Dünya / Əri evdə 3 uşağa baxır, özü isə işləyir – Yeni partiya sədrinin həyatı

Əri evdə 3 uşağa baxır, özü isə işləyir – Yeni partiya sədrinin həyatı

Almaniya kansleri Angela Merkelin yerinə gətirilən Xristian-Demokratik İttifaqının yeni rəhbəri Anneqret Kramp-Karrenbauerin həyat və fəaliyyəti dünya mediasının gündəminə çevrilib.

Yeni kanslerin həyatından maraqlı faktları təqdim edirik:

Kramp-Karrenbauer 2011-2018-ci illərdə Saarland əyalətinin rəhbəri olub. O, bu vəzifəni icra edən ilk qadın olaraq siyasət tarixinə adını yazdırıb. Anneqret 9 avqust 1962-ci ildə Almaniyanın Völklinqen şəhərində doğulub. Hazırda ailəsi ilə Püttlinqen şəhərində yaşayır.

Qatı katolikdir

Ziyalı ailəsində doğulan Anneqret Kramp-Karrenbauer bazar günləri kilsəyə gedib dualarını edir, cümə günləri isə ət yemir – bir sözlə, qatı katolikdir. Anneqret 1982-ci ildə “Marie-Luise-Kaschnitz” gimnaziyasını bitirib. Elə həmin il Trier və Saarbrücken universitetlərində hüquq və siyasi elmlər üzrə araşdırmalarına başlayıb və 1990-cı ildə “Magistr Artium”la elmi işlərini bitirib.

Anneqret Kramp-Karrenbauer 1999-2000-ci illərdə XDİ-nin parlament qrupunun direktoru vəzifəsini icra edib. 2000-ci ildə daxili işlər və idman naziri təyin olunub. O, Almaniyanın ilk qadın daxili işlər naziridir.

Ailə həyatı

Anneqret 1984-cü ildə mühəndis Helmut Karrenbauerlə ailə qurub. 3 uşağı var. Heç bir yerdə işləməyən Helmut evdə 3 uşağına baxır. Anneqretlə Helmut nikahdan əvvəl belə bir razılığa gəlib: “Kim daha çox qazanacaqsa, o da işləyəcək”.

Anneqret Kramp-Karrenbauer Angela Merkelin çağırışı ilə bu ilin 26 fevralında Xristian-Demokratik İttifaqının katibliyi vəzifəsinə gətirilib.

Merkelin səlahiyyətləri bitdikdən sonra Anneqret ölkənin yeni kansleri olacaq.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …