Baş səhifə / Cəmiyyət / Gələn il tarixdə ən isti il ola bilər

Gələn il tarixdə ən isti il ola bilər

El-Nino fenomeninə görə Sakit okeanın şərqində suların üst qatının temperaturu qalxdığından 2019 il tarixdə ən isti il ola bilər.

Moderator24.com National Geographic-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniya Universitetindən iqlim tədqiqatçısı Samanta Stivenson bildirib.

“El-Ninoya görə mümkündür ki, 2019 dünya tarixində ən isti il olsun”-Samanta deyib.
Ümumdünya meteroloji təşkilatın məlumatına görə son dörd ildə , 2015-dən 2018-ə kimi rekord karbon qazı tullantılarının artması səbəbindən ən isti illər keçib.

Bütövlükdə Yer kürəsində iqlim son 406 ayda XX əsrin orta göstəricilərindən daha isti olub.
Tədqiqatçılar xəbərdar edirlər ki, qlobal istiləşmə isti, meşə yanğınları, sel fəlakəti və güclü qasırğalar kimi ekstremal hava şəraitinə gətirib çıxara bilər. Məsələn 2018-də Şimal yarımkürəsində 70 tropik qasırğa qeydə alınıb, halbu ki, uzun müddətdir ki, onların sayı 53-ü keçməmişdi.

Buna da bax...

Azərbaycanda bu nazirlər vəzifəsi ilə vidalaşdı

Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı. 2018-ci ildə Azərbaycanda baş …