Baş səhifə / Dünya / Parisdə “sarı jiletli”lərin etirazı başladı – FOTOLAR

Parisdə “sarı jiletli”lərin etirazı başladı – FOTOLAR

Fransanın paytaxtı Paris şəhərində etiraz aksiyaları davam edir.

Etirazlar başlamazdan əvvəl səhər saatlarında 228-dən çox etirazçı saxlanılıb.

Polisin məlumatına görə, etirazçılar qrup halında zorakılıq tətbiq etmək və ya ziyan vurmaq fəaliyyətinə hazırlaşmaqda ittiham edilərək tutulub.

Bildirilib ki, saxlanılarkən 34 nəfərin üzərində maska və çəkic aşkar edilib.

Bununla yanaşı, “sarı jiletli”lərin etiraz aksiyası başlayıb.

Aksiya iştirakçıları “Qələbə”, “Ulduz” meydanları və Yelisey çölü istiqamətində hərəkət edir.

Qeyd edək ki, noyabrın 17-dən Fransada avtomobil yanacaqlarının qiymətlərinin bahalaşacağına qarşı etiraz aksiyası keçirilir.

İstinad

Buna da bax...

Dünyada ilk onluğa düşən, Nobel alan azərbaycanlı qadın

2003-cü il Nobel Sülh Mükafatı laureatı Şirin Ebadi haqqında yazını təqdim edirik: Azərbaycanlı hüquq müdafiəçisi …