Baş səhifə / Cəmiyyət / Deputatdan etiraz: “Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır”

Deputatdan etiraz: “Böyük vəsaitlərə salınan yollar tez bir zamanda sıradan çıxır”

Yolların salınmasına kifayət qədər böyük vəsait xərclənib və xərclənməkdədir. Ancaq təəssüf ki, biz bu yolların tez bir zamanda sıradan çıxdığının şahidi oluruq. Burada əlbəttə, kimlərinsə işinə, yəni yol salınmasına məsuliyyətsiz yanaşması səbəb ola bilər.

Bunu millət vəkili Əflatun Amaşov deyib.

Bu yöndə fikirlərini parlamentdəki çıxışında da dilə gətirdiyini deyən millət vəkilinin sözlərinə görə, məsuliyyətsizliyin digər tərəfi də var.

“Yəqin ki, yollarda iri tonnajlı maşınların hərəkət etdiyinin şahidi olmusunuz. Bakı-Qazax avtomobil yoluna diqqət yetirin.

Yolun elə hissələləri var ki, sağ zolaq bərbad haldadır. Hamısı həmin iri tonnajlı yük avtomobillərinə görədir.

Onlara nəzərdə tutulduğundan artıq yük vurulur.

Bu da böyük vəsaitlər xərcləyərək saldığımız yolların tez bir zamanda sıradan çıxmasına səbəb olur.

Eyni vəziyyət Saatlıdan İmişliyə gedən Musalı-Məzrəli yolu üçün də xarakterikdir.

Qısa müddətdir istifadəyə verilməsinə baxmayaraq orada ciddi problemlər yaranıb…” – deyə, millət vəkili bu kimi halların aradan qaldırılmasının vacibliyini bildirib.

İstinad

Buna da bax...

Azərin Milli Qəhrəmanımızı təhqir edən məxluqa cavab verdi…

Əməkdar artist Azərin də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı psixoloq Nərmin Şahmarzadənin səsləndirdiyi qalmaqallı …