Baş səhifə / Dünya / “Poroşenkonu 15 dəqiqəyə bayıra atmaq olar”- “Əleyhinə kifayət qədər kompromat var…”

“Poroşenkonu 15 dəqiqəyə bayıra atmaq olar”- “Əleyhinə kifayət qədər kompromat var…”

“Poroşenko Kerç boğazındakı son gəmi təxribatını özü öncədən planlaşdırıb. Məqsəd Putinlə Trampın görüşünə mane olmaq olub”.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu LDPR lideri V.Jirinovski söyləyib. Partiya rəhbəri hesab edir ki, Ukrayna prezidenti P.Poroşenko qarşıdan gələn seçkilərdə hakimiyyətini itirməkdən ehtyat edir. O düşünür ki, ABŞ və Rusiya liderləri görüşüb hakimiyyətə yeni fiqurun gətirilməsi haqda razılığa gələ bilərlər.

“Amerikalılara Poroşenko sərfəlidir, çünki onu idarə etmək asandır, əleyhinə kifayət qədər kompromat var. Onu 15 dəqiqəyə bayıra atmaq olar”- deyə V.Jirinovski vurğulayıb.

Sultan Laçın

Buna da bax...

Mahaçqalada sürücü pəncərədən yıxılan qızı xilas etdi – VİDEO

Beş yaşlı Aişə anası mağazaya getdikdən sonra pəncərədən asılı qalıb. Bu an nahar fasiləsindən qayıdan …