Baş səhifə / Dünya / Dünyanın ən yaxşı şəhər çimərliklərinin adı açıqlandı

Dünyanın ən yaxşı şəhər çimərliklərinin adı açıqlandı

Moderator.az Flight Netvork agentliyinə istinadən xəbər verir ki, ekspertlər turizm sahəsində dünyanın 50 ən yaxşı şəhər çimərliyinin reytinqini tərtib edib.

“Dünyanın ən valehedici çimərliklərinin çoxu böyük şəhərlərin içərisində yerləşir. Bu çimərliklər daha çox şəhərin əyləncə və mədəniyyət mərkəzləri kimi müxtəlif fəaliyyət, dadlı yemək və heyranedici mənzərə bəxş edir. 50 ən yaxşı şəhər çimərliyi reytinqini tərtib edərkən daim səyahət etməkdə ixtisaslaşan 1200 jurnalistin, bloqerin, redaktorun və müxtəlif ölkələrin agentliklərinin zəmanətini aldıq”-xəbərdə deyilir.

Çimərliklər giriş imkanına, ümumi atmosferə, qumun və suyun keyfiyyətinə, il ərzində günəşli günlərin sayına və havanın orta temperatur dərəcəsinə görə qiymətləndirilib.

Çimərlik reytinqinə Avstraliyanın Sidney şəhərinin yaxınlığındakı Bondi çimərliyi başçılıq edib. İkinci yerə Mayami-Biç ( Florida ABŞ), üçüncüyə –Kopakabana ( Rio-de-Janeyro, Braziliya) çıxıb.
Top 10-luğa həm də ( Barseloneta( Barselona İspaniya), Vaykiki( Havay ABŞ), İpanema( Rio-de-Janeyro, Braziliya), Klifton ( Keyptaun, CAR), La-Konça( San-Sebastyan, İspaniya), Kuta ( Bali, İndoneziya), Kliuroter( Florida ABŞ) çimərlikləri daxil olub.

Buna da bax...

Hacıbala Abutalıbov Heydər Əliyevi şeirlə andı – VİDEO

Şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi, müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz …