Baş səhifə / Flaş / “Qarabağ”la oyun öncəsi “Arsenal”ın daha bir futbolçusu zədələndi

“Qarabağ”la oyun öncəsi “Arsenal”ın daha bir futbolçusu zədələndi

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Arsenal” İngiltərə Premyer Liqasının XVI turu çərçivəsində “Emireyts” stadionunda “Hadersfild Taun”u qəbul edib.

Doqquz sarı vərəqənin göstərildiyi görüşdə London klubu qələbə qolunu 83-cü dəqiqədə vura bilib.

Qabonlu Pyer-Emerik Obameyanqın ötürməsini uruqvaylı Lukas Toreyra qayçıvarı zərbə ilə qapıdan keçirib. Bununla da “Arsenal”ın bütün turnirlər nəzərə alınmaqla məğlubedilməz oyunlar seriyası 21-ə çatıb.

Onu da bildirək ki, “Arsenal”ın daha bir futbolçusu “Qarabağ”la oyun öncəsi zədələnib. Alban əsilli almaniyalı mərkəz müdafiəçisi Şkodran Mustafi zədələnərək yerini 67-ci dəqiqədə ispaniyalı Naço Monreala verib. Bu, ispaniyalı müdafiəçinin zədədən sonra ilk matçı olub.

Qeyd edək ki, “Arsenal” – “Qarabağ” matçı dekabrın 13-də Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək. İki tur əvvəl pley-offu, bir tur əvvəl isə qrup birinciliyini təmin etmiş “topçular” üçün bu matç formal xarakter daşısa da, “Qarabağ” üçün qrupda III yeri tutmaq üçün sonuncu imkan sayılır.

İstinad

Buna da bax...

Heydər Əliyevin heç yerdə görmədiyiniz nadir FOTOLARI

AzərTac ulu öndər Heydər Əliyevin xatirəsini “Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi- fotokompozisiya” ilə anıb. Moderator24.com …