Baş səhifə / Dünya / Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb
Pablo Escobar, left, 41-year-old billionaire leader of the Medellin drug cartel, poses at a soccer game in Medellin, Colombia, in 1983. At right is an unidentified bodyguard. (AP Photo)

Pablo Eskobarın silahdaşı həbsxanadan qaçıb

Narkobaron Pablo Eskobarın silahdaşı, kriminal aləmdə nüfuzlu olan 67 yaşlı qaçaqmalçı Xorxe Suares Boliviyada həbsxanadan qaçıb.

Bu haqqda “El Emparcial.com” nəşri xəbər verir.

Bildirilir ki, hadisə La-Pasda baş verib. Xorxe Suares həbsxanada özünü xəstə kimi qələmə verərək, özəl klinikaya yerləşdirilib. Buradan isə qaçmağa müvəffəq olub.

Boliviya polisinin Cinayətkarlığa qarşı Mübarizə üzrə Xüsusi Bölməsinin direktoru Fernando Rohas bildirib ki, polis cinayətkarı tapmaq üçün bütün kəşfiyyat üsullarını işə salıb. ABŞ məhkəməsi 1990-cı illərdə Xorxe Suaresi 36 il azadlıqdan məhrum edib. O, 28 il sonra – bu ilin aprelində şərti olaraq azadlığa buraxılıb. Lakin Boliviyaya göndərilən məhkum daha 15 il azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Suaresin silahdaşı olduğu Pablo Eskobar XX əsrin 80-ci illərində Medelyin cinayətkar birləşməsinin rəhbəri olub. ABŞ tərəfindən axtarışda olan narkotik ticarətçisi planetin ən varlı adamlarından biri sayılırdı. Eskobar ABŞ-a tonlarla narkotik maddə göndərirdi. O, Kolumbiya polisinin elit bölməsinin 1993-cü ilin 2 dekabrında keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb. Eskobarın ölümündən sonra Medelyin kartelinin mövcudluğuna son qoyulub.

İstinad

Buna da bax...

Məhəmməd Peyğəmbərin qılıncı millət vəkilinin əlində – FOTO

Bu foto BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Misirə səfəri zamanı çəkilib. Bunu BAXCP sədrinin …